Gürcü mərkəz müdafiəçi Saba Qoqliçidze karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, Kutaisi "Torpedo"sundan"Empoli"yə transfer olunub.
Məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb. Gürcüstan U-21 millisinin formasını geyinən 19 yaşlı Saba ilə müddəti 2027-ci ilin yayınadək olan müqavilə bağlandığı bildirilib.
Qeyd edək ki, 19 yaşlı Qoqliçidze "Torpedo"nun yetirməsidir.