"Roma"nın baş məşqçisi Joze Mourinyu yenidən İtaliya mətbuatdan inciyərək “sükut andı” elan edib.
Fanat.Az xəbər verir ki, "Latsio"nun keçmiş futbolçusu Paolo di Kanio portuqaliyalı mütəxəssisin mətbuatdan qaçmasını tənqid atəşinə tutub.
"ForzaRoma" italiyalı veteran futbolçunun dediklərini belə çatdırıb: "Mourinyu qorxaq kimi davranır. Müşahidə etmişəm ki, o, adətən Milandakı oyunlardan əvvəl qırmızı vərəqə almağı xoşlayır və belə matçları buraxır. Ən azı üç belə matç xatırlayıram. Mourinyu elə adamdır ki, işlər pis gedəndə qaçır və ictimaiyyətə görünmür, cavab vermir”.
Qeyd edək ki, "Roma” son turda “Atalanta”ya qalib gələ bilməyib (1:1). Paytaxt təmsilçisinin növbəti rəqibi "Milan" olacaq.
Mirağa