Fransanın "Nitsa" klubunun rəhbərliyi "Milan", "Tottenhem", "Mançester Yunayted" və "Çelsi"nin maraqlandığı müdafiəçi Jan-Kler Todibo ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az "RMC Sport."a istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi 24 yaşlı futbolçunu bu qış satmayacaq.
Todibo "Nitsa"ya 2021-ci iyulunda, 8,5 milyon avro qarşılığında "Barselona"dan transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. Cari mövsüm 14 matça çıxan Jan-Kler 1 məhsuldar ötürmə ilə yadda qalıb.