“Roma”nın sabiq futbolçusu, son klubu Yunanıstan “Olimpiakos”u olan norveçli futbolçu Ola Solbakkenin karyerasına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bundan sonra o, Yaponiyanın "Urava" komandasında oynayacaq.
"ForzaRoma"nın məlumatına görə, müqavilə 6 ay müddətinə imzalanıb. “Roma” hələ də qismən hüquqlarına sahib olduğu futbolçunun keçidindən 750 min avro qazanacaq.
Maraqlıdır ki, Solbakken üçün Avropa klublarından da təklif olmasına baxmayaraq, yalnız yaponlar altı aylıq əməkdaşlığa razılıq veriblər. Mənbənin məlumatına görə, romalılar onu yayda geri qaytarmağı planlaşdırırlar.
Mirağa