"Bayern"in hücumçusu Erik Şupo-Motinq qış transfer pəncərəsində Münhen klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabı vasitəsilə yayır.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” hücumçunu ələ keçirməyə çalışır, lakin futbolçu üçün prioritet Səudiyyə Ərəbistanı və ya Qətər klubuna keçməkdir. "Bayern" isə kamerunlu ilə müqaviləsi bitməmiş ayrılmaq istəmir.
Şupo-Motinq bu mövsüm "Bayern"in heyətində bütün yarışlarda 19 oyun keçirib və 3 qol vurub.
Mirağa