"Barselona"nın baş məşqçisi Xavi Ernandes yarımmüdafiəçi Joau Feliksin İspaniya Kral Kubokunda "Barbastro" ilə matçda (3:2) sayılmayan qolu haqda fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "Marca" çalışdırıcının dediklərini belə təqdim edib:
“Feliksin qolunun ləğv olunması bizim üçün oyunu çətinləşdirdi. Mənə dedilər ki, top qaydalara uyğun vurulub. Kubokda VAR sisteminin olmaması utancvericidir. Axı niyə olmasın? Bu, mənə qəribə gəlir, səbəbini başa düşə bilmirəm”.
La Liqanın 19 turundan sonra "Barselona" 41 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Mirağa