"İnter Mayami"nin argentinalı hücumçusu Nikolas Stefanelli həmyerlisi Lionel Messinin məşqdəki çalışmalarından aldığı həzzdən danışıb.
Fanat.Az xəbər verir ki, o, "Fox Sports"-a müsahibəsində belə deyib.
"Onu məşqdə görürəm və ağzımın suyu axır. O, arxası ilə oyunçuya ötürmə edir və mən öz-özümə sual verirəm: “O, bu ötürməni necə gördü? Bu, sadəcə olaraq mümkün deyil! Ona görə də tarixin ən yaxşı futbolçusudur. Gördüklərimə inana bilmirəm. Bu uşaqlar (Messi, Buskets və Alba) inanılmaz səviyyədə oynayırlar”.
Qeyd edək ki, Stefanelli 2023-cü ilin yanvarından "İnter Mayami"də çıxış edir. O, bu müddət ərzində bütün yarışlarda 30 oyun keçirib və 4 qol vurub.
Mirağa