İngiltərənin "Tottenhem" klubu "Cenoa"nın müdafiəçisi Radu Drequşeni sıralarına cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport Italia" yayıb.
Xəbərə görə, Hotspur təmsilçisi rumınyalı futbolçunun transferi üçün qarşı tərəfə 28 milyon avro təklif etməyə hazırdır. Mənbə "Tottenhem"in həm Draquşenin, həm də "Leyptsiq"in forvardı Timo Vernerin keçidlərini bu həftə tamamlamağı hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Cenoa" forması ilə bütün turnirlərdə 22 matça çıxan Radu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.