"Nyukasl" mərkəz müdafiəçisi Fabian Şerlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı "sağsağanlar"ın rəsmi saytı yayıb.
Xəbərə görə, Şer müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Sözügedən futbolçu 2018-ci ildən "Nyukasl"ın uğurları üçün çalışır. Onun əvvəlki sözləşməsinin müddəti cari mövsümün sonuna qədər idi.