"Arsenal"ın, "Barselona"nın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri peşəkar idmançının ağrıları sevməli olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, o, "YouTube" üzərindən yayımlanan "The Diary Of A CEO" kanalına müsahibəsində belə danışıb:
"Azarkeşlər idmançının ömrünün sonuna qədər unuda bilmədiyi bəzi məqamları qısa müddətdə yaddan çıxarırlar. Əsl atlet olmaq istəyən insan mütləq ağrıları sevməlidir. Bu, həqiqətən belədir. İdmançılar ağrını həm fiziki, həm də mənəvi tərəfdən sevməlidirlər. Bunu kimsə bacarmasa, təslim olsa, inkişaf edə bilməz".
Qeyd edək ki, peşəkar futbolçu karyerası 18 il sürən Anri 22 titula sahib çıxıb. O, bunlardan 19-nu klublarla, 3-nü isə Fransa millisi ilə qazanıb.