"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq yanvarın 1-də sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə "Ayntraxt"a icarəyə verilən Donni van de Beki niyə oynatmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" niderlandlı mütəxəssisin həmyerlisi barədə dediklərini belə çatdırıb:
"Mən bura gələndən o, "Ayaks"dakı futbolçu deyildi. Çünki zədəli idi. Əsas səbəb onun tez-tez zədələnməsidir. Məhz buna görə oynamırdı. Biz onu hələ yayda icarəyə vermək istəyirdik. Amma o vaxt bu planımız baş tutmadı".
Xatırladaq ki, van de Bek cari mövsüm MY forması ilə cəmi 23 dəqiqə meydanda olub.