Son İtaliya çempionu "Napoli"nin futbolçuları həftənin çox hissəsini bağlı qapılar arxasında keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Klub bu addımı A seriyasında "Torino"ya darmadağından (0:3) sonra atıb.
Mənbənin məlumatına görə, futbolçular həftənin böyük hissəsini qapalı şəraitdə məşq edəcəklər. Dəqiq tarixlər göstərilməyib, lakin komandanın yanvarın 13-də "Salernitana" ilə keçiriləcək oyuna qədər bu rejimdə çalışacağı gözlənilir.
Son çempionlar hazırda İtaliya çempionatının turnir cədvəlində 9-cu yeri tuturlar.
Mirağa