"Araz-Naxçıvan" və "Zirə" komandaları arasında keçiriləcək yoxlama oyununun stadionu növbəti dəfə dəyişdirilib.
Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, yanvarın 10-da, saat 15:00-da start götürəcək "Dalğa Arena"da baş tutacaq.
***
Yanvarın 10-da “Araz-Naxçıvan” və “Zirə” komandaları yoldaşlıq oyununda üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, görüşün baş tutacağı məkan dəyişdirilib.
Belə ki, əvvəlcədən Bakı Olimpiya Stadionunda keçiriləcəyi bildirilən oyun Zirə İdman Kompleksində baş tutacaq. Matç saat 15.00-da start götürəcək.