Cinsi təcavüzdə ittiham olunan "Sanderlend"in hücumçusu Cek Daymond bəraət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "STV News" məlumat yayıb.
Xəbərə görə, 23 yaşlı oyunçu 2022-ci ilin mayında tanış olduğu və evinə dəvət etdiyi qıza təcavüzdə günahlandırılıb. Lakin Daymond iddiaları rədd edərək, aralarındakı əlaqənin razılıq əsasında olduğunu bildirib və bunu sübuta yetirib. Məhkəmə heyətinə qərar çıxarmaq üçün cəmi 15 dəqiqə kifayət edib.
Forvard keçən mövsüm icarə əsasında "Linkoln Siti"də oynayıb. Lakin ittihamlar irəli sürüldükdən və "Sanderlend" onu sərbəst buraxdıqdan sonra müqavilə ləğv edilib. Bəraətdən sonra "Sanderlend" futbolçunun kluba qayıdacağını açıqlayıb.
Mirağa