"Atletiko Madrid"in müdafiəçisi Çağlar Söyüncü "Roma"ya icarəyə vermək istəmir.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb.
Xəbərə görə, İspaniya nəhənginin baş məşqçisi Dieqo Simeone türk futbolçunun xidmətinə ehtiyac duymasa da, klub rəhbərliyi 27 yaşlı futbolçunu İngiltərə təmsilçilərindən birinə satmaq niyyətindədir. Mənbə Çağların "Fulhem"ə keçmək ehtimalının daha böyük olduğunu, sözügedən klubun "Atletiko"ya 20 milyon avro təklif etdiyini bildirib.
Qeyd edək ki, cari mövsüm "Atletiko" forması ilə bütün turnirlərdə 9 matça çıxan Söyüncü məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.