İngiltərənin "Tottenhem" klubu rumın müdafiəçi Radu Drequşeni heyətinə qatmaq üzrədir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Hotspur təmsilçisi Drequşenin klubu "Cenoa"ya 25 milyon avro ödəyəcək. Mənbə tərəflərin artıq razılığa gəldiyini və arxa xətt oyunçusunun müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağını vurğulayıb.
Xatırladaq ki, "Cenoa" ötən mövsüm icarə əsasında formasını geyinən və özünü yaxşı tərəfdən göstərən Radunu bu yay 5,5 milyon avro qarşılığında "Yuventus"dan alıb.