Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olan komandasının düşərgəsini tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Patrik Berger yayıb.
Xəbərə görə, Roys yeni övladı dünyaya gələcəyi üçün evə yollanıb.
Cari mövsüm "Borussiya" forması ilə bütün turnirlərdə 22 matça çıxan 34 yaşlı Marko 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.