Hans-Yoahim Vatske 2025-ci ildə "Borussiya Dortmund"u tərk edəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, klubun idman direktoru bu barədə "arılar"ın mətbuat xidmətinə açıqlama verib.
O, 20 il çalışdığı klubu tərk etmək istəməsinin səbəbini belə izah edib:
"Gələn il mənim "Borussiya"da çalışmağımın 20 ili tamam olacaq. İçimdə belə bir hiss var ki, "bəsdir" dediyin məqamı yetişib. Bu illər ərzində mənə bu imkanı verdiyi üçün kluba çox minnətdaram. Hər zaman mənə olan güvəni hiss etmişəm və bunu böyük şərəf hesab edirəm”.
Klub rəhbərliyi funksionerin bu qərarını qəbul edib, amma ondan "Borussiya"nın idman departamentinə rəhbərlik edəcək varisi müəyyənləşdirməyi istəyiblər.
Mirağa