İtaliya nəhəngi "Milan" Serbiyanın "Partizan" klubunun 18 yaşlı yarımmüdafiəçisi Matiya Popoviçlə anlaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, keçid bugünlərdə rəsmiləşdiriləcək. Məsələ burasındadır ki, Popoviçin dünən 18 yaşı tamam olub. "Rossoneri" müqavilə bağlamaq üçün məhz bunu gözləyirdi.
Serbiyalı gənc icarə əsasında "Milan"a keçəcək.
"Mançester Siti" klubunun da Popoviçlə maraqlanmasıına baxmayaraq, İtaliya təmsilçisi "Partizan"la və futbolçu ilə anlaşa bilib.
Matiya Popoviç hazırda "Partizan"ın U-19 komandasında oynayır.
Mirağa