İtaliya A Seriyasında iştirak edən komandaların sayı 20-dən 18-ə endirilə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bununla bağlı klublarla liqa prezidenti Lorenzo Kasini arasında danışıqlar prosesi başlayıb.
Mənbənin məlumatına görə, liqada komandaların sayının azaldılmasının tərəfdarı olanlar əsasən A Seriyasının aparıcı klubları olub. Onların nümayəndələri turnirin yenilənmiş formatı ilə əlaqədar olaraq iştirakçı sayının azaldılması zərurətini müdafiə edirlər.
Növbəti mövsümdən etibarən Çempionlar Liqasının format dəyişikliyinə görə və İtaliya çempionatındakı matçların sayı artacaq və təqvim sıxlaşacaq. Lakin bəzi klublar iştirakçı sayının azaldılması nəticəsində müəyyən qədər gəlir itirə biləcəyindən ehtiyat edirlər.
Yeni qərarın qüvvəyə minməsi üçün A Seriyasının 14 klubunun bunun lehinə səs verməsi lazımdır.
Mirağa