PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Kilian Mbappenin klubdan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "RMC" klub prezidentinin sözlərini belə çatdırır:
"Kilianın PSJ-də qalmasını istəyirəm. Məncə, Mbappe dünyanın ən yaxşı oyunçusudur. Onun üçün ən yaxşı klub PSJ-dir. Mbappe layihəmizin ən böyük hissəsidir. Bütün komanda onunladır".
Qeyd edək ki, Mbappe cari mövsüm Paris klubunun forması ilə 23 matçda 22 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov