Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi Tərzin Cahangirovla bir illik sazişə imza atıb. 22 yaşlı futbolçu "Sumqayıt"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Tərzin Topaz Premyer Liqasında 2013/14 mövsümündə "Sumqayıt"da çıxış edib. "Qəbələ"yə məxsus futbolçu icarə əsasında forma geyindiyi komandanın heyətinə 18 qarşılaşmada 1585 dəqiqə mydanda olub və 1 qola imza atıb.
"Sumqayıt" bundan əvvəl Ruslan Poladovu, Tagim Novruzovu, Ramazan Abbasovu və Aqil Nəbiyevi heyətinə qatıb.
Fanat.az