11:00 10.01.2024 523

"Daha bir futbolçunun gedişi gözlənilir" - "Qəbələ"nin baş məşqçisi

Mövsümün ikinci yarısına təmsil etdiyi şəhərdə hazırlaşan "Qəbələ" təlim-məşq toplanışı çərçivəsində bu gün "Kəpəz"lə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matçdan öncə jurnalistlərin suallarını cavablandırıb. 

Fanat.Az Baxşıyevlə müsahibəni təqdim edir.

- Öncə təlim-məşq toplanışını dəyərləndirərdiniz...

- Yanvarın 4-dən hazırlığa başlamışıq və plan üzrə davam edirik. Toplanış dönəmində 2 yoxlama matçı keçirməyi nəzərdə tutmuşuq ki, onun biri bu gün “Kəpəz” qarşı olacaq. İkinci qarşılaşma yanvarın 15-nə planlaşdırılıb. Rəqib isə “Araz-Naxçıvan”dır.

- Antalyaya getmədiyiniz üçün təəssüf hissi keçirmirsiz?

-  Xeyr, Qəbələdə normal toplanış keçmək üçün hər cür şərait var.  

- Rəhbərlikdən Antalya toplanışı əvəzinə iki yeni transfer istəmisiz. Bu yöndə nə yenilik var? Bildiyimizə görə, almaq istədiyiniz hər iki legioner afrikalıdır…

- Bizim müəyyən büdcəmiz var və onu aşa bilmərik. Bəli, heyəti gücləndirmək üçün rəhbərlikdən iki yeni transfer istəmişdim. Artıq Klesio Baukun keçidi rəsmiləşib. O, bizə tanış simadı. Əminik ki, komandaya kömək edəcək. İkinci futbolçuya gəlincə, maraq dairəmizdə olan oyunçu Afrikadan deyil. 

- Yanvarın 21-i artıq Premyer Liqada 2-ci yarı start götürür. Düşünmürsüz ki, transferlərdə gecikirsiniz? 

- Mən heç vaxt transfer xətrinə transfer etməmişəm. Gec olacaqsa da olsun. Əsas odu istədiyim, bizə fayda verə biləcək futbolçu tapa bilək. 

- Omar Hani ilə vidalaşdınız, Osama Xalaylanın və Zurab Oçiqavanın da yol üstündə olduğu deyilir…

- Rəsmi olaraq yalnız Omarla yollarımızı ayırmışıq. Ona gələcək karyerasında uğurlar arzulayırıq, Qəbələ üçün faydalı işlər gördü. Amma, futbol həyatı belədir. Bu gün burdasan, sabah başqa yerdə. Bir futbolçunun da gedişi gündəmdədir, ancaq ad çəkməyəcəm. Məşq prosesindən çox şey aslıdır. 

- Dünən mtbuata açıqlamanızda Omarın komandada qalacağını demişdiniz. Ancaq bu gün artıq onunla yolları ayırdız. Bu qərar qəflətən qəbul olundu, yoxsa hansısa məsələlərdə razılığa gəlmək istəyirdiniz və bu səbəbdən onun gedəcəyini söyləməmişdiz?

- Omar klub tapmalıdır ki, biz onu yola salaq və bildiyim qədər artıq yeni klubu müəyyənləşib. Ona görə onun gedəcəyi rəsmi olaraq bu gün təsdiqləndi.

- Bu gün "Kəpəz" ilə qarşılaşacaqsınız. O komanda ilə ki elitada qalmaq uğrunda mübarizədə əsas rəqibinizdir. Bu qarşılaşmanı bilərəkdən təşkil etmisiz ki, rəqibin gücünə nəzərə salasız, yoxsa başqa komanda tapmadığınızdan gəncəlilərlə üz-üzə gəlirsiz? 

- "Kəpəz" bizə müraciət etdi. Biz də məmnuniyyətlə yoldaşlıq oyunu oynamağa hazır olduğumuzu bildirdik. Rəqibimiz olsalar da, bu yoldaşlıq oyunudu. İstərdik ki, hər iki tərəf oyunu zədəsiz başa vursun. 

- Çempionat başlayanda heç kim proqnozlaşdırmırdı ki, "Qəbələ" mövsümün yarısını sonuncu pillədə bitirər. Fasiləyə qədər nə çatmadı ki, sonuncu yerdə qərarlaşdınız və fasilədən sonra vəziyyətdən çıxmaq üçün düşünürsüz? 

- Çox sayda oyunçu getdi. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, kollektivə yeni qoşulanların da uyğunlaşması üçün müəyyən vaxt lazımdır. Açığı, çətin olacağını təxmin edirdik, amma bu qədər ağır keçəcəyini düşünmürdük. Bu iki dövrəyə nəzər yetirsək görərik ki, əksər matçlarda optimal heyətlə meydana çıxa bilmədik. Mənim istədiyim hücum futboludur. Oyun qurucuları da yarımmüdafiənin mərkəzində çıxış edənlərdir. Onlar da olmayanda müəyyən rotasiyalara getmək məcburiyyətində oluruq və həmin keyfiyyəti ala bilmirik. Ümidsiz deyilik. Bu komandanın potensialı, güclü xarakteri var. Bunu görməsəydim, deyərdim heç nə mümkün deyil. Komandama inanıram və düşünürəm ki, qışdan sonra fərqli oyun görəcəyik.

- Bura gəlməmişdən öncə şəhərdə azarkeşlərlə həmsöhbət olmağa vaxtımız oldu. "Qəbələ"nin bundan sonrakı taleyi ilə bağlı onlar da çox narahatdır. Burdan onlara nə söz verə bilərsiz?

- Azarkeşlərimizi başa düşürük və inandırım ki, onlardan da çox biz narahatıq. Rəhbərlik, futbolçular, heyət - heç kəs klubun bu vəziyyətdə olmağın istəmir. Düşünürəm ki, sözlə yox, daha çox əzmkarlıq göstərib, daha çox iddialı olub bu durumdan çıxmaq lazımdır. 

- Emil Səfərov məşqi yarımçıq tərk etdi. Yenə zədələndi? 

- Zədəsi ciddi deyil. Dünəndən mikro zədəsi var idi. Daha çox Emili qorumağı düşündük.

Nahid Məmmədov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X