Əfsanəvi fransalı hücumçu Tyeri Anri psixi travmasından danışıb.
Fanat.Az xəbər verir ki, veteran futbolçu “CEO-nun gündəliyi” podkastına açıqlamasında atasının onu futbol oynamağa məcbur etdiyini bildirib.
“O, böyüklüyünü yerinə yetirmək niyyətində idi. Onu futbolla sevindirməli idim. Futbolu nə qədər sevdiyimi bilmirəm, amma əlbəttə ki, nifrət etmirdim. Bu mənim seçimim deyildi. Mənə heç vaxt nəyi yaxşı bacardığımı demədi.
Bir dəfə 6:0 hesabı ilə qalib gəldik, onda 15 yaşım var idi. Bütün qolları mən vurdum. Təbii ki, sevinməliydim, amma o, məndən soruşdu: "Xoşbəxtsən?" Nə baş verdiyini başa düşmədim. Hətta bundan sonra o, mənim uğursuzluqlarım haqqında danışmağa başladı”.
Anri bütün həyatı boyu depressiya keçirdiyini bildirib. Veteran futbolçu bunu yalnız karyerasını başa vurduqdan sonra anlayıb.
Mirağa