Mövsümün ikinci yarısına ölkə daxilində hazırlaşan iki Premyer Liqa təmsilçisi bu gün yoxlama görüşündə üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, qış fasiləsinə son iki pillədə yollanan “Qəbələ” ilə “Kəpəz” qarşılaşacaqlar.
Matç Qəbələ şəhər stadionunda reallaşacaq və saat 14.00-da başlayacaq.
Bölgə təmsilçiləri yanvarın 15-də hazırlıq çərçivəsində ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.