Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda çıxış edən Cordan Henderson karyerasını Bundesliqada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Talksport" yayıb.
Xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi meneceri vasitəsi ilə "Bayer Leverkuzen" və "Bayern Münhen" ilə danışıqlar aparıb.
Qeyd edək ki, Henderson hazırda Səudiyyə Ərəbistanında həftəsinə 700 min funt-sterlinq (813 min avro) qazanır.
Nahid Məmmədov