Norveç millisinin futbolçusu Erlinq Holandın "Mançester Siti" klubunu tərk etmək istədiyi bildirilib.
Fanat.Az xəbər verir ki, bu iddia jurnalist Fransua Qalardoya məxsusdur .
Xəbərə görə, 23 yaşlı hücumçu yayda "Barselona"ya keçəcək. Mənbə Kataloniya təmsilçisinin forvard üçün 100 milyon avro ödəyəcəyini vurğulayıb.
Qeyd edək ki, Holand MS-ə 2022-ci ilin yayında "Borussiya" (Dortmund) klubundan transfer olunub. Cari mövsüm skandinaviyalı ulduz bütün turnirlərdə 22 oyuna 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.