İtaliyalı ulduz hücumçu Mario Balotelli "Napoli"nin çətin vəziyyətini şərh edib.
Fanat.Az xəbər verir ki, həmişə qeyri-adi açıqlamaları ilə diqqət çəkən forvardın dediklərini "Tuttomercato" belə təqdim edib.
"Napoli" böhrandadır? Mən hazıram, onları bu vəziyyətdən çıxara bilərəm. Çempionluğu qazananda hər şey çətinləşir. Sadəcə, işləmək lazımdır.
Mən həmişə inanmışam ki, məşqçi istefaları azarkeşlər üçündür. Bununla bir növ boş dayanmadıqlarını, nəsə etməyə çalışdıqlarını göstərməyə çalışırlar. Belə müdaxilələrdən sonra bəzən vəziyyət daha da pisləşir. Xüsusilə mənim kimi futbolçuların gəlişi ən yaxşı çıxış yoludur”.
Qeyd edək ki, 33 yaşlı hücumçu hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edir.
Mirağa