İstirahət etmək üçün Çinin paytaxtı Pekinə gedən "Real" (Madrid) klubunun futbolçusu burada böyük sürprizlə qarşılaşıb.
Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, braziliyalı oyunçu burada Çinin keşmiş iki basketbolçusu Yao Minq və Sun Minqlə qarşılaşıb və onlarla şəkil çəkdirib.
Çəkdirdiyi fotonu "İnstaqram"da paylaşan 31 yaşlı yarımmüdafiəçi çoxlarını güldürüb. Belə ki, Kakanın boyu 1.86 olsa da, şəkildə Sun Munq (2.36) və Yao Minqin (2.29) yanında çox balaca görünüb.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol