"Tottenhem"in müdafiəçisi Ced Spens karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Cenoa" Hotspur təmsilçisinin futbolçusu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürəcək.
Daha öncə "Cenoa"nın 21 yaşlı rumın müdafiəçisi Radu Drequşenin "Tottenhem"ə keçmək üzrə olduğu müəyyənləşib.
23 yaşlı Spens cari mövsümün ilk yarısında icarə əsasında "Lids"in uğurları üçün çalışıb.