Azı üç mövsüm heyətində olan 15-21 yaş aralığında futbolçuların transferindən ən çox gəlir əldə edən 100 klub müəyyənləşib.
Fanat.Az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinə (CIES) istinadən xəbər verir ki, araşdırma son 10 ili əhatə edib.
Bu göstəricidə “Benfika” liderdir. Portuqaliya təmsilçisi 30 belə futbolçunun satışından 516 milyon avro qazanıb.
Yetirmələrini satmaqla ən çox gəlir götürən 10 klub isə aşağıdakılardır:
1. “Benfika” (Portuqaliya) – 516 milyon avro (30 futbolçu)
2. “Ayaks” (Niderland) - 376 milyon (36)
3. “Olimpik Lion” (Fransa) – 370 milyon (32)
4. “Real Madrid” (İspaniya) – 364 milyon (28)
5. “Çelsi” (İngiltərə) – 347 milyon (28)
6. “Monako” (Fransa) – 325 milyon (18)
7. “Sportinq” (Portuqaliya) – 306 milyon (31)
8. “Tottenhem” (İngiltərə) – 256 milyon (23)
9. “Mançester Siti” (İngiltərə) – 254 milyon (27)
10. “Atalanta” (İtaliya) – 250 milyon (34)