Azərbaycan klublarının italiyalı hücumçu Mario Balotelli ilə maraqlandığı açıqlanıb.
Fanat.Az "Mediagol"a istinadən xəbər verir ki, bunu sözügedən forvardın agenti Mino Rayola deyib:
"Balotelli tətildə olduğu vaxtlarda adətən Breşiyaya gəlir. Yeni il ərəfəsində isə onunla Monakoda görüşdük. Onun İtaliya çempionatına qayıtması həm özü, həm də mənim üçün arzudur. Ancaq bu gün Balotelliyə görə mənə İsraildən, Azərbaycandan, Argentinadan, Braziliyadan, Çindən zənglər gəlir".
Qeyd edək ki, Balotelli hazırda "Adana Demirspor"un futbolçusudur.