Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Sadio Mane evlənib.
Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, futbolçu Seneqalda özünə təmtəraqlı bir toy edib.
Mərasim Dakar yaxınlığında baş tutub. Futbolçu bir neçə ildir birlikdə olduğu sevgilisi 18 yaşlı Aişə Tamba ilə ailə həyatı qurub.
Toyda yalnız qohumlar və yaxın dostlar iştirak edib.
Qeyd edək ki, futbolçu Seneqalda Afrika Millətlər Kubokuna hazırlığını davam etdirir. Sanenin komandası 2021-ci ildə qazandığı kuboku qorumağa çalışacaq. "Teranqa şirləri" qrupa Kamerun, Qvineya və Qambiya ilə mübarizə aparacaq.
Mirağa