İtaliyanın "İnter" klubunun futbolçusu Lüsyen Aqume karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az-ın məlumatına görə, yarımmüdafiəçi sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə "Sevilya"ya icarəyə verilib.
İnformasiyanı Əndəlüs təmsilçisinin rəsmi saytı yayıb.
21 yaşlı Aqume 2019-cu ildən "İnter"də idi. Sözügedən oyunçu cari mövsüm milanlıların forması ilə 1 oyuna çıxıb. Onun İtaliya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.