Qazaxıstan çempionatında əcnəbi oyunçulara qoyulan məhdudiyyət aradan qaldırılıb.
Fanat.Az "Footbal24"-ə istinadən xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmekulov bununla bağlı qərarı açıqlayıb.
Xəbərə görə, yeni mövsümdən klublar meydana Qazaxıstandan heç bir oyunçu olmadan çıxa bilər.
Eyni zamanda, dəyişikliyə görə iştirak ərizəsinə on üç yerli oyunçunun adı daxil edilməlidir.
Qeyd edək ki, buna qədər limit meydanda yeddi legioner oyunçu idi. Komandaların mövsümlük iştirak ərizəsində isə cəmi səkkiz əcnəbi oyunçuya icazə verilirdi.
Beləliklə, Qazaxıstan klubları avrokuboklarda nəticələrini yaxşılaşdırmaq imkanı əldə edəcəklər. Bu mövsüm heç bir klub qitə kuboklarında qrup mərhələsinə düşməyib.
Mirağa