"Tottenhem"in sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə mövsümün sonuna qədər "Leyptsiq"dən icarəyə götürdüyü Timo Verner Hotspur təmsilçisinə keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, "Evening Standard" almaniyalı hücumçunun dediklərini belə çatdırıb:
"Bura gəlməmişdən öncə baş məşqçi Angelos Postekoğlu ilə danışdıq. O, məni inandırdı ki, "Tpottenhem"ə qoşulmağım düzgün addımdır. Postekoğlu oyun üslubu, taktiki tapşırıqlar, məndən nə istədiyi barədə dolğun məlumat verdi. Anladım ki, bu, mənim üçün ideal variantdır".
Qeyd edək ki, cari mövsüm "Leyptsiq" forması ilə bütün turnirlərdə 13 matça çıxan Verner 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.