20:00 10.01.2024 558

Adil Şükürov: “Bəzən tam olaraq istədiklərimizi ala bilmirik”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov bu gün Qəbələdə yerli “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az sizi həmin müsahibə ilə tanış edir:

- "Qəbələ" ilə oyun da daxil olmaqla, ümumi toplanış necə keçir?
- Məşqlərə başladığımız ilk gündən hər kəs həvəslidir. Üçüncü və dördüncü dövrədə daha yaxşı oynayıb nəticə qazanacağımıza ümidliyik. Bu da bizi sevindirir. Matçlarda da gördüyünüz kimi, iki heyətlə mübarizə apardıq. Belə etdik ki, bütün oyunçular oyun yükünü götürə bilsinlər və hər birinə inandığımızı görsünlər. Hər kəsə hər an şans verib oynada bilərik.

- Yoxlanışda olan və maraqlandığınız futbolçular var?
- Ədilxan bizdə yoxlanışdadır. Ümid edirik, bu matçdan sonra qərarını verəcək. Başqa əlaqə saxladığımız futbolçular da var, amma haqqında yekun qərar verdiyimiz kimsə yoxdur.

- Təxminən neçə oyunçu ilə danışıq aparırsız?
- Daha çox müdafiənin sağına oyunçu istəyirdik. Bir də sol ayaqlı stopper istəyirik.

- Yeni legionerlər və ya vidalaşdıqlarınız olacaqmı?
- Danışıq apardığımız legioner yoxdur. Bu gün əlimizdə olan futbolçulardan daha çox istifadə etməyə çalışırıq. Vidalaşmaq istədiyimiz yox, oynamaq üçün daha çox şans qazanmaq istəyən futbolçular var ki, onlar bizlə əlaqə saxlayırlar. Biz özlərinə də demişik ki, kimsə daha çox oynamaq şansı qazanacağı klub axtarırsa, gəlib müraciət edə bilərlər.

- Nianenin və Vasilyuçekin  gedişi barəsində xəbərlər var. Bu xəbərlər həqiqəti əks etdirir?
- Vasilyuçekin özünə məlumat vermişik. O, rəhbərliklə danışır. Nianeyə gəlincə, tam olaraq onun yanaşmasından çox şey asılıdır. Çünki daha çox diqqət istəyən, meydanda daha çox olmaq istəyən futbolçudur. Özü müraciət etmək istəsə, tam olaraq danışmaq olar.

- Qısa müddət ərzində komandada nələri dəyişə bilmisiniz? Eyni zamanda nələri dəyişməkdə çətinlik çəkirsiz?
- Daha çox futbolçulara öz istədiyimiz oyun tərzini aşılamaq istəyirik. Bu barədə bir az çətinliyimiz var. Çünki bəzən tam olaraq istədiklərimizi ala bilmirik. Bəlkə də bu təbiidir. Çünki vaxt azdır. Baxmayaraq ki, fasilələr var, amma yenə də bu zaman kəsiyində nəyisə aşılamaq asan bir şey deyil. Meydanda və meydandan kənarda futbolçularla danışırıq. Hər biri ilə söhbət edirik. Onlara istəklərimizi bildiririk. Oyun aspektində sürəti artıra bilmişik. Amma daha yaxşı nəticələr qazanmaq üçün yetərli deyil. Futbolçular daha yaxşı ola bilərlər.

- Sizcə, Premyer Liqada qalmaq, yoxsa üst pillələrdə yer alma daha realdır?
- İlk qarşımıza qoyduğumuz məqsəd komandanı Premyer Liqada saxlamaqdır. Bu yolda nə qədər uğurlu olsaq, komandanın xeyirinədir.

- Tovuzda, yoxsa Qəbələdə oynayacaqsız?
- "Turan Tovuz"la oyunu Qəbələdə keçirəcəyik.

- Yayılan məlumata görə, "Turan Tovuz"la matçın Qəbələdə keçirilməsini siz istəmisiz. Bu doğurdur? 
- Bilirik ki, Tovuzun azarkeş dəstəyi çox böyükdür. Eyni zamanda, Gəncədə də belədir. Neytral meydanda olanda hər iki tərəfdə bərabər olur.

- Ümumiyyətlə, mövsümü Qəbələdə keçirmək istəyiniz var?
- Burada meydanın təbii ot örtüklü olması bizim üçün daha önəmlidir. Amma hər şeyi nəzərə almalıyıq. Ona uyğun da qərar verməliyik.

- İcarədə olan oyunçular haqqında maraqlandığınız doğrudur? 
- Biz heç kim barədə danışmamışıq. Heç bir söhbət də olmayıb.

Nahid Məmmədov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
16:26

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X