"Qarabağ" növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər ıerir ki, Ağdam klubu Danilo Diasdan sonra "Neftçi"nin müdafiəçisi Tərlan Quliyevi heyətinə qatıb.
"Ağ-qaralar"la müqaviləsi olan futbolçunun keçidi üçün iki klub arasında aparılan danışıqlar müsbət nəticələnib. Bu gün tibbi müayinədən keçən gənc müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
"Qarabağ" uzun müddətli danışıqlardan sonra Quliyevin keçidinə razılıq verən "Neftçi"nin rəhbərliyinə təşəkkür edib, paytaxt klubuna Avropa Liqasında uğurlar arzulayıb.
Xatırladaq ki, "Qarabağ"ın Tərlan Quliyevi transfer etməsi və "Neftçi" ilə danışıqlara başlaması barədə Fanat.az ilk xəbəri iyunun 8-də yaymışdı (http://fanat.az/xeber-quotqarabaquot-quotneftciquotdn-kimi-alr-t12284.html).
Qeyd edək ki, Tərlan Quliyev "Neftçi"nin yetirməsidi. 2011/12 mövsümündə "Sumqayıt"a icarəyə verilmiş 22 yaşlı müdafiəçi başa çatan mövsümdə 17 rəsmi oyuna çıxıb və 1209 dəqiqə oynayıb.
Fanat.az