Son günlər haqqında Avropa futboluna qayıdacağı ilə bağlı xəbərlər yayılan fransalı forvard Kərim Benzema gələcəyinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı ulduz yanvarda "Əl-İttihad"dan ayrılmaq fikrində deyil.
Bu barədə tanınmış insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb. Xəbərə görə, Benzema bu mövsümü Səudiyyə Ərəbistanında bitirməkdə qərarlıdır.
Benzema ötən yayda "Əl-İttihad"a keçib. Fransız hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 20 rəsmi oyun keçirib və bu görüşlərdə 12 qol vurub, 5 məhsuldar ötürmə edib.
Mirağa