AFFA-nın əməkdaşları Türkiyənin Antalya şəhərində keçirilən üçüncü “Winter League Convention” Futbol biznes forumunda iştirak edirlər.
Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir yanvarın 13-dək davam edəcək.
Təşkilatçıların dəvəti ilə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov, Futbolda Sosial Məsuliyyət üzrə meneceri Kifayət Mustafayeva, Qeydiyyat və Statistika Şöbəsinin rəhbəri Seymur Səlimli və “Qarabağ" Futbol Akademiyasının rəhbəri Aftandil Hacıyev Türkiyəyə yollanıblar.