İkinci Liqa komandası "Füzuli"də ayrılıq yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin kapitanı Hüseyn Axundov komandadan ayrılıb.
O, artıq dünən yeni komandasında ilk məşqinə çıxıb. Belə ki, vaxtilə Premyer Liqada çıxış edən 35 yaşlı yarımmüdafiəçi II Liqanın lideri "Sportinq Baku"ya keçib.
Hüseyn Axundovun 4 il əvvəl üz tutduğu "Füzuli"dən maddi problemlərə görə ayrıldığı bildirilir. Əldə etdiyimiz məlumata görə, komanda üzvləri 2 aydır maaş almır.
Qeyd edək ki, "Füzuli" qış fasiləsinə 4-cü pillədə yollanıb. Komanda lider "Baku Sportinq"dən 8 xal geri qalır.
Mirağa