Ukraynanın “Şaxtyor” klubunun futbolçusu, ötən mövsümün sonunda "Sabah"dan ayrılan Aleksey Kaşuk karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Dalmatinskiportal" yayıb.
Xəbərə görə, "Neftçi" 23 yaşlı yarımmüdafiəçinin transferi üçün "Şaxtyor"a olduqca sərfəli təklif göndərib.
Oyun praktikasından əziyyət çəkən Kaşuku Xorvatiyanın "Hayduk" klubunun da istədiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 2022/2023 mövsümündə "bayquşlar"ın uğurları üçün çalışan Aleksey Milsi Premyer Liqasında 31 oyuna çıxaraq 16 qol vurub.