London "Arsenal"ı yeni hücumçu transfer reallaşdırmağa çalışır.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhənginin hazırladığı siyahıda 5 forvard var.
Bu barədə məlumat verən tanınmış insayder Ekrem Konurun iddiasına görə, "topçular" transfer siyahısına aşağıdakı hücumçuları daxil edib: Seru Qirassi, Borxa Mayoral, İvan Toni, Conatan David və Vangelis Pavlidis.
Transfer pəncərəsi bağlanana qədər bu siyahıdan bir futbolçu London komandasının sıralarına qoşulacaq.
İngiltərə Premyer Liqasının bu mövsümündə “Arsenal” 20 turdan sonra 40 xal toplayıb. Mikel Artetanın yetirmələri turnir cədvəlində dördüncü yerdədir.
Mirağa