18 yaşlı yarımmüdafiəçi Yunus Emre Konak karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı türk futbolçunu heyətinə qatan "Brentford"un rəsmi saytı yayıb.
Bu transfer üçün "Sivasspor"a 4,5 milyon avro ödənildiyi, gənc oyunçunun müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atdığı vurğulanıb.
Cari mövsüm "Sivasspor" forması ilə 17 matça çıxan Konak 1 məhsuldar ötürmə ilə yadda qalıb.
19 tura 19 xal toplayan "Brentford" İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə mövqe tutub.