"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai bu ay aldığı zədədən danışıb.
Fanat.Az xəbər verir ki, "This is Anfield" onun dediklərini belə çatdırıb:
"Hələ topsuz məşq edirəm, amma tezliklə topla işləməyə başlayacam. Getdikcə daha yaxşı oluram. "Bornmut"la oyun? Ola bilsin ki, həmin görüşə qədər hazır olacağam, ancaq tələsmək istəmirəm".
22 yaşlı Soboslai "Liverpul"a bu yay "Leyptsiq"dən transfer olunub. Cari mövsüm İngiltərə Premyer Liqasında 20 matça çıxan macar futbolçu 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
"Liverpul" "Bornmut"la İPL-in 21-ci turu çərçivəsində yanvarın 21-də "Din Kort" stadionunda üz-üzə gələcək.