"Milan"ın yarımmüdafiəçisi Daniel Maldini karyerasını "Montsa"da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, cari mövsümün ilk yarısını icarə əsasında "Empoli"də keçirən 22 yaşlı futbolçu bu ilin yayına qədər "briantsoli"də icarədə olacaq.
Məlumatı "Montsa"nın rəsmi saytı yayıb.
19 tura 25 xal toplayan "Montsa" A Seriyasının turnir cədvəlində 11-ci pillədədir.
Xatırladaq ki, sözügedən oyunçu əfsanəvi italiyalı Paolo Maldininin oğludur.