"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının zədəli hücumçusu Erlinq Holandın son durumuna aydınlıq gətirib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, o, norveçli forvardın yanvarın sonunda sıraya dönəcəyini deyib:
“Belə zədələrin sağalması vaxt aparır. Holand ayın sonuna qədər hazır olacaq. Bərpa prosesi düşündüyümüzdən bir qədər çox çəkdi”.
Qeyd edək ki, Holand dekabrın 6-da "Aston Villa"ya qarşı keçirdikləri görüşdə (0:1) zədələnib.