"Barselona"nın baş məşqçisi Xavi yanvarın 14-də "Real Madrid"ə qarşı keçirləcəkləri matçdan - İspaniya Superkubokunun final oyunundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"Hiss edirəm ki, "Barselona" güclənəndə "Real" da güclənir. Mən baş məşqçi təyin ediləndən bəri hər hansı titul uğrunda mübarizə aparırıqsa, "Real"la üz-üzə gəlməli oluruq. Yekunda isə mümükün mükafatları onlarla bölürük. Ötən il iki titul qazanmışdıq. Bu mövsüm də hədəfimiz titullardır".
Xatırladaq ki, İspaniya Superkubokunun finalı Səudiyyə Ərəbistanında keçiriləcək.