“Sumqayıt”da gözlənilməz gediş reallaşıb. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, baş məşqçi Aqil Məmmədovun qərarına əsasən 25 yaşlı mərkəz müdafiəçisi Adil İbrahimovla yollar ayrılıb.
Ötən mövsüm əksər oyunları əsas heyətdə keçirən Adilin gedişinin səbəbi Bəxtiyar Həsənalızadənin son vaxtlar sərgilədiyi yaxşı oyundu. Bundan əlavə, Aqil Nəbiyev kimi təcrübəli oyunçunu sərəncamına daxil edən “Sumqayıt” Vurğun Hüseynov və Bəxtiyarın də əvvəlcədən heyətdə olduğunu nəzərə alaraq, Rusiya vətəndaşı Adili yola salıb. Xəbəri klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da təsdiqləyib.
Qeyd edək ki, ötən yay "Skonto"dan "Sumqayıt"a keçən Adil 33 oyuna çıxıb və 2654 dəqiqə oynayıb. İbrahimov əvvəllər Rusiyanın “Ximki”, “Fakel” və Latviyanın “Skonto” klublarında çıxış edib.
Fanat.az