"Barselona"nın baş məşqçisi Xavi Ernandes qış transfer pəncərəsində heyəti gücləndirməyə ümid etmədiyini bildirib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı bu barədə "Real Madrid"lə Superkubok matçından (1:4) sonra keçirilən mətbuat konfransında belə deyib:
“Yeni imzalar? Bu gündən etibarən klub heç kimlə müqavilə bağlaya bilməz. İndiki vəziyyət belədir”.
Qeyd edək ki, "Barselona" ötən yay "Atletiko Paranaense"dən hücumçu Vitor Rokeni transfer edib.
Mirağa